Dünya Səhiyyə Təşkilatı sabaha təcili iclas çağırdı
Dünya Səhiyyə Təşkilatı (DST) yanvarın 22-də fövqəladə hal üzrə komitənin təcili iclasını çağırıb.
DST-nin toplantısı yeni virus təhlükəsini dəyərləndirməli və onunla mübarizə üzrə tövsiyələrin hazırlanması ilə məşğul olmalıdır.
Çində 200-ə yaxın insan naməlum virusa yoluxub, artıq 4 nəfər həyatını itirib. Cənubi Koreya, Tailand və Yaponiyanın hərəsində bir yoluxma halı təsdiqlənib.
Çində sətəlcəmin yeni tipi insandan-insana keçir. ÇXR-in Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bu barədə rəsmi bəyanatla çıxış edib.
15 tibb işçisinin yeni tip yoluxucu koronavirusa tutulması bu faktın təsdiqi olub.
2019-cu il dekabrın 31-də Çinin hakimiyyət orqanları ölkənin mərkəzi hissəsində yerləşən Uxan şəhərində naməlum sətəlcəmin baş qaldırması barədə DST-ni məlumatlandırıblar.
Yoluxmanın ilkin hallarını dəniz məhsullarının satıldığı yerli topdansatış bazarı ilə əlaqələndirirlər.
AzərTAc xatırladır ki, yanvarın 7-də Çin mütəxəssisləri xəstəlik törədicisinin 2019-nCoV koronavirusu olduğunu müəyyən ediblər.
------------------------------------------------------------------------------------------------------------
Bulud VPS
9.99 ₼ -dan başlayan qiymətlərlə
* 25 GB SSD Disk Həcmi
* 1 vCore
* 1 GB RAM
* 1TB Trafik
* 1 IPv4 ünvan