ABŞ-İran çəkişməsi silah istehsalını artırıb




Silah istehsalı ilə bağlı son statistika araşdırılıb



Kosmos və müdafiə sistemləri hissələrinin istehsalı və satışı geosiyasi vəziyyətin gərginləşməsi ilə bağlı artıb.

AYNA Türkiyə mediasına əsasən xəbər verir ki, silah və müdafiə sənayesi ilə məşğul olan şirkətlər ABŞ ordusuna ölkənin sifarişi əsasında çoxlu sayda silah-sursat hazırlayırlar.

Dünyanın nüfuzlu "Northrop Grumman", "Lockeed Martin" və "Raytheon" adlı müdafiə sənayesi şirkətlərinin gəliri İranın ABŞ hərbi bazasına hücumlarından sonra artdığı deyilir.

Təkcə "Northrop Grumman" və "Lockeed Martin" şirkətləri hücum xəbərinin səhəri günü 1,2%-dən artıq silah satışı həyata keçirib.

"L3Harris Technologies" şirkətində bu göstərici 1,4 %, Raytheon-da isə 0, 9% olub.

Şirkətlərin nüfuzu nə qədərdir?

"Northrop Grumman" şirkəti mərkəzi ABŞ-da olan, kosmos və müdafiə texnologiyaları sahəsində fəaliyyət göstərən 1994-cü ildə Grumman və Northropun birgə qurduğu şirkətdir. Şirkət müdafiə sektorunda 2019-cu ildə dünyanın dördüncü şirkəti adını alıb. Şirkət rəhbəri hazırda Kathy J. Vardendir.

"Lockeed Martin" 1995-ci ildə 'Lockheed Corporation" və "Martin Marietta"nın iştirakı ilə qurulan müasir texnoloji və havaçılıq şirkətidir. Mərkəzi Maryland əyalətinin Betesda şəhərindədir, dünya üzrə 56 ölkədə fəaliyyət göstərir, 140 min işçisi var.

2005-ci ildən etibarən gəlirinin 95% ni ABŞ-ının Müdafiə Nazirliyi və ABŞ federal hökümət büroları və xarici hərbi qurumlardan əldə edir.

"Raytheon" əsasən müdafiə, silah və ordu səneyesi fəaliyyət göstərən ABŞ şirkətidir. Dünya raket istehsalının əsas hissəsini əlində cəmləyib.1922-ci ildə qurulub, 1959-cu ildə indiki adını alıb.Dünya üzrə 63 minə yaxın işçisi və illik gəliri 25 milyard dollara yaxındır.

"L3Harris Technologies" C6ISR sistemləri və məhsulları, kabelsiz cihazlar, elektronik sistemler, gece görüş avadanlıqları, quruda və havada istifadə olunan çoxfunksiyalı avadanlıqlar istehsal edir.

Dünya silah ixracatında son vəziyyət xəritədə daha aydın göstərilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu