Tərtərdə bıçaqlanan polis mayorunun durumu barədə rəsmi məlumat
Səhiyyə Nazirliyi Tərtər rayonunda bıçaq xəsarətləri alaraq xəstəxanaya gətirilən polis əməkdaşı Elçin Aslanovun vəziyyəti ilə bağlı açıqlama verib.
Nazirliyin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a bildirib ki, yaralıya Tərtər Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Mərkəzi Rayon Xəstəxanasına göndərilib.
Xəstəxanadan verilən məlumata görə, qarın boşluğuna nüfuz edən bıçaq yaraları diaqnozu ilə xəstəxanaya çatdırılan yaralı, dərhal əməliyyat olunub. Həkimlərin səyi nəticəsində Elçin Aslanovun həyatını xilas etmək mümkün olub. Hazırda reanimasiya şöbəsində müalicə alan yaralının vəziyyəti ağır-stabil kimi qiymətləndirilir.