Nazirlər Kabineti bəzi idxal və ixrac gömrük rusumlarına dəyişiklik edib




Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.



"Report"un məlumatına görə, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Məlumata görə, yeni qərar həm yerli istehsalçını, həm də istehlakçını qoruyur. Qərarın birinci hissəsi istehsalçıların, ikinci hissəsi isə istehlakçıların maraqlarının qorunmasına xidmət edir.

Belə ki, qərarın birinci hissəsinə əsasən, quş əti, qida və damazlıq yumurta, meyvə tərəvəz (pomidor, soğan, fındıq, alma, təzə üzüm, xurma) meyvə-tərəvəz şirələri, sement və sement klinkeri, gips, kərpic, alçipan, kafel və metlaxın idxalına tətbiq edilən spesifik rüsumların vaxtı 2021-ci ilin sonunadək uzadılır. Bu da sadalanan məhsulları istehsal edən yerli sahibkarlar üçün əlverişli daxili bazar şərtləri formalaşdırır.

Qərarın ikinci hissəsi isə istehlakçı maraqlarını qoruyur və daxili bazarda kərə yağının qiymətinin sabit qalmasını təmin edir. Bu məqsədlə ölkəyə idxal olunan kərə yağının pərakəndə satış qiymətinin artmasının qarşısını almaq üçün 2017-ci ildə təbiq edilmiş aşağı rüsum həddinin vaxtı 2021-ci ilin sonunadək uzadılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu