Hökumətdən qərar: Bu avtomobillər gömrük rüsumundan azad edildi - RƏSMİ
Azərbaycana elektrik mühərriklə hərəkətə gətirilən təzə avtomobillərin idxalı gömrük rüsumundan azad edilir.
AFN apa-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə müvafiq dəyişiklik edib.
Zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrikli minik avtomobillər 15 faiz idxal gömrük rüsumundan azad edilir.
Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.