“ASAN xidmət”in fəaliyyəti Ukrayna televiziyasında




Ukraynanın "iCTV" telekanalının muxbiri Nataliya Jukovskaya va operatoru Mikola Zotsenko Azarbaycan haqqında silsilə reportajlar hazırlamaq məqsədilə ölkəmizə səfər ediblər. Çəkiliş qrupu “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə də tanış olub, xüsusi reportaj hazırlayıb.



AFN xəbər verir ki, reportajda “ASAN xidmət” mərkəzlərində operativ və şəffaflıq prinsipləri əsasında 320-dən çox xidmət göstərildiyi vurğulanıb. Korrupsiya ilə mübarizə məqsədi ilə yaradılmış mərkəzlərdə vətəndaşların xidmətlərdən məmnunluq əmsalının 98-100 % arasında dəyişməsi və digər vacib məlumatlar tamaşaçılarla bölüşülüb.

Reportaja keçid:

My Webpage



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu