8 aylıq körpəni küçəyə atdılar
Şirvan şəhərində 8 aylıq körpəni küçəyə atıblar. Hadisə noyabrın 28-də baş verib. Polis əməkdaşları küçəyə atılmış qız uşağı tapıblar, uşaq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, körpə xəstəxananın doğum şöbəsinə yerləşdirilib, qidalandırılıb. Hazırda uşağın vəziyyəti yaxşıdır, həyatı təhlükəsi yoxdur. Faktla əlqədar müvafiq qurumlara məlumat verilib, araşdırma aparılır.