Almaniyada miqrant alveri ilə məşğul olan azərbaycanlılar saxlanılıb: məşhur adlar var (YENİLƏNİB)
Meydan TV-nin əldə etdiyi məlumata görə, reyd Ukraynadan Almaniyaya ucuz işçi qüvvəsi aparan dəstəni aşkarlamaq üçün keçirilib. Əməliyyata 180-dən çox polis cəlb olunub. Həmin əməliyyat nəticəsində Azərbaycandan miqrant cəlb edən vətəndaşlar da aşkarlanıb. Saxlanılanlar arasında azərbaycanlı miqrantlara hüquqi dəstək verən şəxslərin olduğu deyilir. Meydan TV-yə verilən məlumata görə, “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev və Almaniyada yaşayan siyasi mühacir Mehdi Xəlilbəyli də saxlanılanlar arasındadır. Əlövsət Əliyevin oğlu Türkel Rüstəmxanlı atasının saxlanılması xəbərini Meydan TV-yə təsdiqləyib. Onun sözlərinə görə, Əlövsət Əliyev noyabrın 13-də səhər saat 5-6 radələrində Berlinə gedərkən saxlanılıb. Hazırda araşdırma aparılır, onun hansı səbəbdən saxlanılması, hansı maddə ilə ittiham edilməsi barədə heç bir məlumat yoxdur.
T.Rüstəmxanlı deyir ki, “Legat” İnteqrasiya Mərkəzi yalnız Almaniyada doğulan azərbaycanlı uşaqlara doğum şəhadətnaməsinin verilməsinə yardım edir və sənədlərin tərcüməsi ilə məşğul olur. Mərkəzin hüquqi yardım göstərmək və məsləhət vermək ixtiyarı yoxdur. T.Rüstəmxanlı da mərkəzin yalnız nəzərdə tutulan çərçivədə fəaliyyət göstərdiyini bildirir.
Meydan TV Mehdi Xəlilbəylinin yaxınları ilə əlaqə saxlaya bilməyib.
***
Musavat.com xəbər verir ki, sözügedən hadisə ilə bağlı Almaniyada yaşayan mühacir jurnalist Yafəz Əkrəmoğlu aşağıdakıları yazıb: "Әvvәlki statusumda bildirmişdim ki, Almaniya federal polisi Azәrbaycandan Almaniyaya mühacir daşıyan bandanı ifşa edib vә bu işlә bağlı xeyli azәrbaycanlının evidә vә ofisindә axtarış edib, bir neçә nәfәr hәbs olunub.
Bu xәbәri alandan sonra araşdırmalara başladım vә bir çox sәnәdli faktlar toplaya bildim. Hәmin faktları qısa şәkildә sizinlә paylaşıram:
Evlәrdә vә ofislәrdә axtarış Koblenç prokurorluğun sanksiyası әsasında hәyata keçirilib. Sanksiyada, İnsan alveri ilә bağlı açılmış bir cinayәt işindә tәqsirlәndirilәn Azәrbaycan vәtәndaşlarının soyadları göstәrilir (ad göstәrilmir).
Bunlar Xәlilbәyli, Hәsәn (soyaddır), Cavadov vә başqalarıdır. Cinayәt işinә әsaslanmış sankiyadakı mәlumatların qısaldılmış forması belәdir:
Azәrbaycan vәtәndaşı, tәqsirlәndirilәn şәxs, Xәlilbәyli әn azı 2015-ci ildәn bәri pul müqabilindә, saxta sәnәdlәrlә Azәrbaycandan Almaniyaya qaçaq adamlar daşıyıb. Onların indiyә kimi mәlum olan sayı 60 nәfәrdir. Xәlilbәyli minlәrlә avro qarşılığında onlara saxta siyasi mühacir sәnәdlәri dә verib. Güya hәmin şәxslәr siyasi sәbәblәrdәn Azәrbaycanda tәqib olunurmuşlar.
O gәtirdiyi adamlara özünün Almaniyada sözü keçәn biri kimi tәqdim edib. Xәlilbәyli qaçaq yolla gәtirdiyi adamlara mühacir işi ilә bağlı necә davranmaları ilә bağlı tәlimatlar verib. Bundan әlavә o, qurbanlarınln әlindәn hәqiqi sәnәdlәrini alıb.
Görüntünün olası içeriği: 1 kişi, gözlük, telefon ve yakın çekim
O, hәmin şәxslәrin guya Azәrbaycanda siyasi sәbәbdәn izlәnmәlәri ilә bağlı saxta sәnәdlәri tәqsirlәndirilәn şәxs Hәsәn (soyaddır- İlham Hәsәn ola bilәr) vә tәqsirlәndirilәn Cavadovun vasitәsiylә әldә edib. İndiyә kimi әn az 50 bu cür iş görülüb vә bu yolla 300.000 avrodan çox pul әldә olunub.
Tәqsirlәndirilәn şәxs Hәsәn әn az 7 dәfә dolu paketdә Xәlilbyliyә saxta sәnәdlәr göndәrib.
Çoxsaylı azәrbayvanlının ev vә ofislәrindә axtarışlara sәbәb istintaq dövrü toplanan bu cür mәlumatlar olub. Hәlәlik bu qәdәr. İzlәmәyә davam edin".
***
Almaniyada yaşayan jurnalist, Meydan TV-nin rəhbəri Həbib Müntəzir isə sözügedən məsələ ilə bağlı saxlanılan azərbaycanlı mühacirlərin siyahısını dərc edib.
Musavat.com H.Müntəzirin sözügedən statusunu təqdim edir:
"Almaniyada siyasi mühacir ovu
Məndə olan siyahı budur:
1) Elçin Əkbərov - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib.
2) İlham Həsən - Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri
3) Mehdi Xəlilbəyli - Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini
4) Abdin Cavadov - Müsavat AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu
5) Əlövsət Əliyev - “Legat” İnteqrasiya Mərkəzinin sədri
6) Rəşad Məmmədov - Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan siyasi mühacir, Mehdinin sürücüsü
7) Elşən Abdullayev - Almaniyada yaşayan siyasi mühacir. DAS üzvü deyil.
Qeyd: Bu adamlar siyasi mühacir alverində, saxta sənədlər təşkil etməkdə ittiham olunaraq saxlanılıblar".
****
Almaniyada miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstənin iki üzvü saxlanılıb.
“Report”un Almaniya Federal Daxili İşlər Nazirliyindən əldə etdiyi məlumatda deyilir ki, Federal Kriminal Polis ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərinə basqın edib.
Obyektlərdə aparılan yoxlamalar zamanı çoxlu sayda xarici ölkə vətəndaşlarına aid pasportlar, viza çap edən xüsusi aparatlar, nağd pul və silah tapılaraq götürülüb.
Şimali Reyn Vestfaliya əyalətinin Daxili İşlər Nazirliyindən verilən məlumatda isə deyilir ki, bu əyalətdə 180-ə yaxın polisin iştirakı ilə ev və iş yerlərinə təşkil edilən basqınlar nəticəsində miqrant alveri ilə məşğul olan şəbəkənin bağlantıları müəyyən olunub.
Kriminal polisin Düsseldorf, Köln, Frankfurt və Koblenz şəhərlərində keçirdikləri əməliyyatlar nəticəsində iki Azərbaycan vətəndaşı (hələlik adları açıqlanmır-red) saxlanılıb. Polis onların ilkin ifadələri əsasında azərbaycanlılardan ibarət dəstənin izinə düşüb.
Saxlanılan Azərbaycan vətəndaşlarının evlərinə baxış zamanı orada çoxlu sayda Azərbaycan Respublikasına aid milli pasport, müxtəlif siyasi partiyalara aid üzvlük vəsiqələri, arayışlar, möhür və ştamplar aşkar olunaraq götürülüb.
Almaniya Federal Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hazırda miqrant alverçilərinə qarşı əməliyyat davam etdiyindən saxlanılanların sayı və kimlikləri barədə yaxın saatlarda ətraflı məlumat veriləcək.