Türkiyədə miqrant qaçaqmalçılığı ilə məşğul olan şəxslər saxlanılıb
Türkiyədə miqrant qaçaqmalçılığı ilə məşğul olan 19 şəxs saxlanılıb.
Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.
O qeyd edib ki, əməliyyat Muğla və Çanaqqala Vilayətləri Jandarması tərəfindən həyata keçirilib.
Saxlanılan 19 nəfərdən 1-nin əcnəbi olduğu, 17-si barəsində həbs qərarının çıxarıldığı əlavə olunub.