Vitse-spiker Fazil Mustafaya əsəbiləşdi




Milli Məclisin plenar iclasında çıxış edən komitə sədri Siyavuş Novruzovun deputat həmkarı Fazil Mustafanı tənqid etməsinə iclasa sədrlik edən Birinci vitse-spiker Ziyafət Əsgərovdan da dəstək gəldi.



Vitse-spiker F.Mustafanın Milli Məclisə ünvanlı tənqidi fikirlərinə kəskin reaksiya verdi. Bildirdi ki, bütün millət vəkillərinin çıxışları, səsləri Milli Məclisin iclasında yazılır: “Kim istəsə, öz çıxışını götürüb paylaşa bilər. Siz gəlib burada selfi çəkdirib özünüzü reklam etmək istəyirsinizsə, bu sizin probleminizdir. Bura selfi çəkmək yeri deyil. Bura qanunverici orqandır. Həm də deyir ki, müxalifət iqtidarı ciddi tənqid edirsə, buna dözmək lazımdır. Bəyəm iqtidarın cavab vermək hüququ yoxdur ki?!”.

Z.Əsgərov ardınca onu da vurğuladı ki, Fazil Mustafa bütün günü televiziyaların efirində olan o deputatlardandır: “Bütün günü sosial şəbəkələrdədir”. Vitse-spiker bu kimi fikirləri səsləndirərkən diqqətli olmağı məsləhət gördü. (Musavat.com)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu