AZTA Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq memorandumu imzaladı
Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Özbəkistan Respublikasının turizmin inkişafı üzrə dövlət komitəsi, Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII zirvə görüşü çərçivəsində, əməkdaşlıq haqqında memorandun imzaladılar.
Sənədi Azərbaycan Turizm Assosiasiyanın rəhbəri Nahid Bağırov və Özbəkistan Respublikasının Turizmin İnkişafı üzrə Dövlət Komitəsi sədrinin müavini Uluqbek Azamov imzaladılar.
Əməkdaşlıq haqqında Memorandum tərəflər arasında turizmin inkişafı sahəsində birgə əməkdaşlıq, o cümlədən məlumat mübadiləsi, qarşiliqli turizm səfərlərinin təşkili, birgə turizm məhsullarının yaradılması və tətbiqi, eləcə də qarşılıqlı turizm axınının təmin edilməsi məqsədi ilə turizm potensialının fəal təşfiqi tədbirlərini nəzərdə tutur.
“Memorandumun Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində imzalanması bizim üçün əlamətdah hadisədir. Azərbaycan Turizm Assosiasiyası ölkənin turizm potensialının təbliğinin bütün dünyada, o cümlədən qonşu ölkələr arasında genişləndirilməsi fəaliyyətini davam edir. Həm Azərbaycan turistləri, həm Özbək turistləri üçün təşkil olunacaq tədbirlər bir mənalı şəkildə maraqlı olacaq, inanıram ki, bu tədbirlərin nəticəsi olaraq, qarşılıqlı turizm axınını təmin edə bilərik”, - bunu AZTA rəhbəri Nahid Bağırov deyib.
Qeyd edək ki, Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin Azərbaycan tərəfdaşı “The Prime” şirkətidir.