Qrip xəstələri üçün xüsusi menyu




Qrip xəstəliyi çox vaxt halsızlıqla müşayiət olunur. Bunun əsas səbəbi immunsistemin zəifləməsi, virusun təsiri ilə iştahın azalmasıdır. Orqanizm lazım olan qida enerjisini qəbul etmədiyi üçün biz özümüzü yorğun və halsız hiss edirik. Odur ki, qrip zamanı sağlam və normal qidalanmaq daha tez sağalmağımıza kömək edir.



AFN qrip xəstələri üçün hazırlanan yemək menyusunu təqdim edir:

1. İmmunsistemi artıran tərəvəzlərdən hazırlanan salatlar ;
2. Duru xörəklər. Xüsusən də paxlalı bitkilərdən hazırlanan şorbalar;
3. Gün ərzində 1 kasa qatıq, yaxud da bir bardaq ayran;
4. Suda qaynadılmış mal və toyuq əti;
5. Buxarda bişirilən balıq əti;
6. Üzərinə limon sıxılmış çoban salatı;
7. Vəzəri, dərəotu, yaşıl və qırmızı bibər, yerkökü.

Qeyd edək ki, qrip xəstələrinə yağlı, quru və qızartma yeməklər məsləhət görülmür.

K.CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu