Qazaxıstanın axtarışa verdiyi şəxs Azərbaycanda tutuldu
Qazaxstanda "İnterpol" xətti ilə beynəlxalq axtarışda olan şəxs Azərbaycanda tutulub.
"Report" xəbər verir ki, bu ölkənin Cinayət Məcəlləsinin 226-cı (saxta sənəd hazırlama) maddəsi ilə axtarışa verilmiş Qazaxstan vətəndaşı, 41 yaşlı Ruslan Nurimbetov Türkiyədən Bakıya gələrkən Heydər Əliyev beynəlxalq hava limanında saxlanılıb.
Onun Qazaxıstana ekstradisiya olunacağı gözlənilir.