Ölümcül böyrək xəstəliyinin dərmanı tapıldı
Ölümcül bir xəstəlik - polikistik böyrək xəstəliyi ilə mübarizə yolu tapılıb.
e-tibb.az xəbər verir ki, əvvəllər bu xəstələrin həyatını yalnız böyrək köçürulməsi ilə xilas etmək mümkün idi. Lakin ABŞ-da hazırlanan yeni dərman xəstəliyin fərqli bir şəkildə öhdəsindən gəlməyə kömək edəcək. Polikistik xəstəlik, ildə təxminən 12 milyon insanın həyatını təhlükə altına alan genetik yolla ötürülən xəstəlikdir. Bu zaman əsas simptom böyrəklərin "şişməsi"dir.
Yeni dərman dializi, eləcə də orqan transplantasiyasından qorunmağa kömək edəcək. Alimlər izah edirlər ki, bu preparat digər RNT-lərin normal işini pozan və bununla da kistlərin böyüməsinə səbəb olan mikro RNT-17-ni bloklamaqla böyrəyi xilas edəcək. Testin ilk mərhələsi keçən il keçirilib. Hazırda dərman insanlar üçün təhlükəsizlik testinin son mərhələsindədir.