Bu jurnalistlər övladlarını 1-ci sinfə apardılar




Bu gün Azərbaycanda yeni dərs ili başlayıb. Təhsil Nazirliyinin məlumatına görə, 2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil müəssisələrində ümumilikdə 1 525 016 şagird təhsil alacaq. Şagirdlərdən 714 259-u qız, 810 757-si isə oğlandır.

Bu il ümumtəhsil məktəblərinin birinci sinfində 164 234, IX sinfində 122 043, XI sinfində isə 82 782 şagird oxuyacaq.

Modern.az saytı xəbər verir ki, brinci sinifdə oxumağa başlayan 164234 şagird arasında jurnalist övladları da var.


“Avtosfer.az” saytının rəhbəri Elməddin Muradlının və "Azərbaycan" qəzetinin əməkdaşı olan həyat yoldaşı Xəyalə Muradlı cütlüyün kiçik oğlu 1-ci sinfə qədəm qoyub.


“Baku.ws” saytının baş redaktoru Azad Əliyev isə qızını ilk dəfə məktəbə aparıb.

Yazıçı-jurnalist, "Azdrama"nın mətbuat katibi Cavid Zeynallı valideyn kimi ilk ovladını – oğlunu 1-ci sinfə yola salıb.

“Afn.az” saytının rəhbərləri Həbiə Abdulla və Səbuhi Qafarov cütlüyünün böyük qızı bu il 1-ci sinfə gedib.

“Matç.az” saytının rəhbəri İxtiyar Əsgərov da sonbeşik qızını 1-ci sinfə yola salıb.

Telejurnalist Etibar Məmmədovun qızı da bu il ilk dəfə məktəbin qapısını açan 1-cilər sırasına qoşulub.

Daha bir jurnalist - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mətbuat katibi Zənurə Talıbova da qızını 1-ci sinfə aparıb.

Diaspor sahəsindən yazmaqla ixtisaslaşan Elnur Eltürk oğlunu 1-ci sinfə yola salan jurnalist valideynlərdəndir.

İqtasiyyat sahəsinin yazarı Vüsalə Rüstəmovanın da qızı 1-ci sinfin qapısını açıb.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Aqşin Şahinoğlu bu il ilk övladını – oğlunu 1-ci sinfə yola salıb.

Jurnalist Fikrət Fərəməzoğlunun qızı 1-ci sinif şagirdi kimi ilk dəfə məktəbə gedib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, iqtisadi sahədən yazan jurnalist Musa Əhmədovun da oğlu 1-ci sinif şagirdləri sırasına qoşulub.

"Report" Agentliyinin redaktoru Pərvin Abbasov oğlunu ilk dəfə məktəbli kimi yola salmaqla dostlarının təbrikini qəbul edib.

"Report" Agentliyinin digər əməkdaşı İsmayıl Nəsibli isə qızını 1-ci sinfə aparıb.

“Azadlıq” radiosunun Bakı bürosunun jurnalisti Şahnaz Bəylərqızı da oğlu 1-ci sinfə gedən bütün valideynlər kimi sevinir.

"Space" telekanalının "Hər gün" informasiya proqramının aparıcısı Elvin Basqallı da valideyn kimi oğlunu məktəbə aparıb.

APA TV-nin aparıcısı İqrar Eyvazovun qızı ilk dəfə məktəb həyatına qədəm qoyub.

"Report" Agentliyinin müxbiri Tural İbadlı oğlunu ilk dəfə dərsə aparmağın sevincini yaşayıb.

Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat sözçüsü Seymur Qasımbəyli qızını 1-ci sinfə aparıb.

"Azərişıq" ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev isə baba kimi nəvəsini 1-ci sinfə yola salıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu