Xalq artisti xəstəxanaya yerləşdirildi
Azərbaycan Xalq artisti Canəli Əkbərovun səhhəti pisləşib.
AFN kult.az-a istinadən xəbər verir ki, bu barədə xanəndə özü məlumat verib.
O, 4-5 gündür Mərkəzi Klinika Xəstəxanasına yatırıldığını bildirib:
“Ayaqlarımda problemlər vardı, gəldim xəstəxanaya. Həkimlər sağ olsun, əlindən gələni edirlər. Aləm yığışıb bura. Həmkarlar, tələbələr, ailə-uşaq, nəvə-nəticələr gəlib dəyirlər. 4-5 gündür buradayam”.