Asəf Hacıyev yenidən baş katib seçildi




Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına yeni baş katibin seçilməsi üçün səsvermə keçirilib.

Səsvermədə iki namizəd iştirak edib.

Bunlar Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının hazırki baş katibi Asəf Hacıyev və Yunanıstan parlament sədrinin diplomatik köməkçisi Spyros Theocharopoulos olub.

Səsvermənin nəticələrinə əsasən, Asəf Hacıyev yenidən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi seçilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu