“Ege Hospital"da daha bir ölüm hadisəsi
Bakıda xarici vətəndaş cərrahiyyə əməliyyatı zamanı ölüb.
Hadisə paytaxtın Nərimanov rayonunda yerləşən “Ege” hospitalında qeydə alınıb.
Bu özəl klinikada müalicə alan Rusiya vətəndaşı 1958-ci il təvəllüdlü Lyüdmila Timofeyevna Yardşinko əməliyyat masasında dünyasını dəyişib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.(Report)