"Sağlam Ailə Sağlam Cəmiyyət" – Saatlıda ictimai müzakirə
Mayın 27-də “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Ailə münasibətlərinə dair ictimai dinləmənin və sağlam ailə dəyərləri haqqında maarifləndirici tədbirlər” layihəsi çərçivəsində Saatlı rayonunda yerli vətəndaşların, polis əməkdaşlarının, QHT nümayəndələrinin iştirakı ilə ictimai müzakirə keçirib.
Cebhe.info xəbər verir ki, tədbir zamanı - “Sağlam Ailə və Sağlam Cəmiyyət”, ailə daxili vəzifələr və onların yerinə yetirilməsində nəzərə alınmalı amillər, erkən nigahla bağlı problemlər, boşanmaların artması halları və s. problemlər müzakirə olunub. Tədbir sual-cavab və müzakirə formatında keçirilib. Növəti ayda "Sağlam Ailə Sağlam Cəmiyyət" mövzusunda Saatlı rayonunda gənclər arasında təlimlərin olacağı barədə iştirakçılara məlumat verilib.