2 məhkəmə hakimi işdən çıxarıldı
Bu gün Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.
AFN-in Report-a istinadən xəbərinə görə, iclasda qeyd edilib ki, məhkəmələrdə monitorinqlər keçirilərək qeyri-prosessual münasibətlərə şərait yaradan və vətəndaşların haqlı narazılığını doğuran pozuntular yerində dərhal aradan qaldırılıb, daha kobud nöqsanlara yol vermiş 2 hakim barədə intizam icraatı başlanılıb.
Şurada qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdiklərinə görə bir sıra hakimlər intizam məsuliyyətinə cəlb edilib, o cümlədən Tərtər rayon məhkəməsinin hakimi Mübariz Məmmədovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Quba rayon məhkəməsinin hakimi Zamin Tahirovun tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərarlar qəbul edilib.