11 hakim cəzalandırıldı


Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

AFN.az xəbər verir ki, Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda bir sıra hakimlərin cəzalandırılmasına qərar verilib.

Belə ki, qanunvericiliyin tələblərinin pozulmasına, vətəndaşların haqlı narazılığını doğuran nöqsanlara görə apellyasiya məhkəməsinin 3, birinci instansiya məhkəmələrinin isə 6 hakimi intizam məsuliyyətinə cəlb olunub. Daha 2 hakim barədə intizam icraatı başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu