Qənirə Paşayeva “Türk Dünyasının gələcəyində Kərkük və Qarabağın yeri: geopolitik çağırışlar və perspektivlər” adlı beynəlxalq simpoziumda çıxış edərək Türk dünyasına çağırış edib




Millət vəkili Qənirə Paşayeva “Türk Dünyasının gələcəyində Kərkük və Qarabağın yeri: geopolitik çağırışlar və perspektivlər” mövzusunda Beynəlxalq Simpoziumda çıxış edib və Türk dünyasına çağırışlar səsləndirib.



Azərbaycan Türkiyə Evi, Azəri-Türk Qadınlar Birliyi və Yeniçağ.Az Media Qrupunun təşkilatçılığı, Tika Bakü, TÜİB və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İraq, Türkiyə və Azərbaycandan olan dəyərli elm adamları və ictimai-siyasi xadimlərimizin iştirakı ilə “Türk Dünyasının gələcəyində Kərkük və Qarabağın yeri: geopolitik çağırışlar və perspektivlər” mövzusunda Beynəlxalq Simpoziumda çıxış edən millət vəkili Q.Paşayeva İraq parlamentində insan haqları komitəsinin sədri, İraq Türkmən Cəbhəsinin başqanı Erşad Salihinin rəhbərlik etdiyi İraq, Kərkük nümayəndə heyətinə və Türkiyədən gələn ziyalılara öz Vətəninizə xoş gəlmisiniz deyib. Hələ ümummilli lider Heydər Əliyev tarixi araşdırarkən gördüm ki, İraq türkmənləri ilə biz azərbaycanlılar bir bütövün parçalarıyıq fikrini qeyd edən millət vəkili Q.Paşayeva Prezident İ.Əliyevin İraq türkmənlərinə, İraqda yaşayan soydaşlarımıza hər zaman həssas yanaşdığını deyib. Bu gün qardaşlıq günüdür, birlik və bərabərlik günüdür deyən millət vəkili Q.Paşayeva İraqda, Kərkükdə yaşayan soydaşlarımızın üzləşdiyi hadisələr barədə geniş danışıb, insanımız daha çox acı çəkməməsi, zülm görməməsi üçün birlik və bərabərliyimizi daha da gücləndirməli və onların yanında olmalıyıq deyib. Türk dünyasına səslənərək “bütün Türk, Müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən bütün türkləri bu gün Suriyada Bayırbucakda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa, onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram,” - deyən millət vəkili Q.Paşayeva harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir Türk insanını imkanları daxilində İraq türkmənlərinə yardım göstərməyə çağırıb. “Biz maddi yardımlarla bərabər mənəvi, siyasi dəstəyimizlə də daha çox onların yanında olmalıyıq”, – deyən millət vəkili Qənirə Paşayeva bütün dünyada yaşayan Türk insanını İraq türkmənlərinin səsi olmağa və onlarla bağlı həqiqətlərin dünyaya daha geniş duyurulmasında fəal olmağa çağırıb. İraq türkmənlərinin vəziyyəti ilə bağlı Avropa Şurası Parlament Assambleyasında çıxış edərək, çağırış səsləndirdiyini deyən millət vəkili Qənirə Paşayeva beynəlxalq təşkilatları, BMT, ATƏT-i və beynəlxalq ictimaiyyətin İraq türkmənlərinin vəziyyətinə və baş verənlərə biganə, laqeyd münasibətini kəskin qınayıb. Türk Dünyasının İraq türkmənlərinə daha çox diqqət göstərməsinin vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva diaspor təşkilatlarımızın da türkmənlərin səsini beynəlxaql ictimaiyyətə daha geniş duyurulması istiqamətində fəallığını artırmalarının vacibliyini xüsusi vurğulayıb. Millət vəkili Q.Paşayeva bildirib ki, 1 milyon insanı Ermənistanın işğalçılığı səbəbindən qaçqın və məcburi köçkün düşmüş Azərbaycan və Azərbaycan Türkləri İraqdan köçkün düşmüş qardaş-bacılarımızın acılarını çox yaxşı anlayır və hər zaman yanınızdayıq deyib. Millət vəkili Q.Paşayeva bildirib ki, İraq parlamentində insan haqları komitəsinin sədri, İraq Türkmən Cəbhəsinin başqanı Erşad Salihinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan parlamentində hökumət üzvləri ilə görüşü, ziyalılar, ictimai təşkilatlarla görüşləri və aparılan fikir mübadiləsi Azərbaycanla İraq türkmənləri arasında əməkdaşlığın, əlaqələrin, ortaq layihələrin artmasına öz müsbət töhfələrini verəcək və bu istiqamətdə bir sıra təkliflər səsləndirərək "inanırıq ki, yaxın zamanlarda onların bir hissəsinin reallığa çevriləcəyinin şahidi olacağıq" deyib. İraq parlamentində insan haqları komitəsinin sədri, İraq Türkmən Cəbhəsinin başqanı Erşad Salihinin hər zaman İraqda Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımı həqiqətlərinin yayılmasında, erməni yalanlarına qarşı mübarizədə fəallıq göstərdiyini xüsusi vurğulayan millət vəkili Q.Paşayeva Azərbaycanla İraq türkmənləri arasında münasibətlərin inkişafında hər birimiz daha çox çalışmalıyıq deyib.

Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış videosunun linkini burdan izləyə bilərsiniz.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu