Bağırsaq xərçənginə qarşı peyvənd sınaqdan keçdi- tibbi yenilik




Kolorektal xərçəngə qarşı dünyada ilk peyvənd insanlar üzərində klinik təcrübədən uğurla keçdi. Alimlər belə nəticəyə gəlib ki, vaksin təhlükəsizdir və immun sistemi aktivləşdirir. Bundan sonra preparatın yeni klinik tədqiqat dövrü başlayır.

Medicina.az xəbər verir ki, hazırda xərçəng xəstələrinin ölümünə səbəb olan şiş xəstəlikləri içərisində 2-ci yeri tutan bağırsaq xərçəngi yeni vaksin sayəsində 50% azalacaq.

Vaksinin yaranmasına səbəb olan elmi kəşfin nəticəsində alimlərə məlum olub ki, bütün növ kolorektal şiş hüceyrələri GUCY2C adlı molekuldan qaynaqlanır.
Dərmanın sınandığı pasiyentlərin qan analizi göstərib ki, vaksin şiş əleyhinə immun hüceyrələri aktivləşdirib, bununla da xəstələrin müalicəsində arzuolunan nəticələr əldə olunur.

Ümid var ki, bu vaksin qida borusu, mədə və mədəaltı vəz şişlərinə qarşı da effektiv olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu