“Sosial şəbəkələrin həyatımızda mühüm rolu var”- Elmar Məmmədyarov




"Sülh quruculuğu ilə bağlı BMT tərəfindən çox işlər görülüb. Biz BMT-nin qeyri-daimi üzvü seçilmişik. Azərbaycan üzvlüyü qazandıqdan sonra BMT-də fərqli atmosfer hökm sürməyə başlayıb".

Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi" sessiyasında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasında məsələlərin həllini yalnız daimi üzvlər həyata keçirə bilir.

"Sülh naminə təsisatlara toxunanda çoxtərəflilik prinsipindən istifadə etmək vacibdir. Dünya sürətlə dəyişir. 90-ci illərin əvvəllərində BMT- də gənc diplomat kimi fəaliyyət göstərmişəm. BMT hər zaman sülh naminə fəaliyyətə üstünlük verib".

E.Məmmədyarov qeyd edib ki, əsas məsələ səyləri bir araya gətirib, daha ucadan səsləndirməkdir. "Çünki BMT bir qətnaməni belə hasil edə bilmir. Rəqəmsallaşdırma çərçivəsində təzyiqlərə məruz qalırıq. Çünki sosial şəbəkələrin hər birimizin gündəlik həyatında mühüm rolu var, belə olan halda bu beynəlxalq münasibətlərə təsirsiz ötüşmür". (Azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu