Kasilyasın son durumu: Karyerasını bitirməlidir




“Portu”nun ispaniyalı qapıçısı İker Kasilyas infarkt səbəbəindən xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, 37 yaşlı əlcək sahibi vəziyyəti ilə bağlı “Twitter” hesabında məlumat yayıb. O, “Hər şey nəzarət altındadır. Böyük qorxu yaşadım, ancaq demək olar, yaxşıyam. Mesajlara görə və maraqlandığınız üçün hər birinizə təşəkkür edirəm!”, - deyə qeyd edib.

Klub məşqdə özünü narahat hiss edən təcrübəli qolkiperin mövsümün sonuna qədər oynamayacağını bəyan edib.

Portuqaliya mətbuatı İspaniya millisinin sabiq üzvünün karyerasını bitirmək məcburiyyətində olduğunu yazıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu