"Baku Medical Plaza"dan açıqlama: "Gülyaz Hacıyeva "Baku Health"da əməliyyat olunub"
"Baku Medical Plaza" adının xəstə ölümündə hallanması məsələsinə aydınlıq gətirib.
Klinikanın marketin direktoru Aysel Rzayeva AFN-ə göndərdiyi mövqe yazısında bildirir ki, xəstə Gülyaz Hacıyeva "Baku Medical Plaza"ya müraciət etdikdə vəziyyəti ağırlaşmış olub: "Gülyaz Hacıyeva "Baku Health" klinikasında Fərid Şahverdiyev tərəfindən əməliyyat olunub. Orada vəziyyəti ağırlaşdıqdan sonra "MediStyle" klinikasına köçürülüb. Xəstədə qanaxma, kəskin böyrək yetərsizliyi başlayıb. Vəziyyəti ağırlaşdıqdan sonra bizim klinikaya müraciət edilib. Xəstə bizim klinikaya ciddi koagulopatiya vəziyyətində, kəsin qaraciyər zədələnməsi, laxtalanma, ağciyər zədənməsi, böyrək çatışmazlığı vəziyyətində köçürülüb".
Xatırladaq ki, G.Hacıyevanın özəl klinikaların birində burun əməliyyatından sonra dünyasını dəyişməsi haqda məlumat dünən yayılıb. AFN-ə özəl mənbələrdən daxil olan məlumatda bildirilirdi ki, xəstə "Baku Medical Plaza"da dünyasını dəyişib.