Qaza qoyulan limit iki dəfə artırılsın- Qənirə Paşayeva MM-də təkliflə çıxış etdi




Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə əhaliyə verilən təbii qaz limitinin artırılması təklifi ilə çıxış edib.

AFN-in məlumatına görə, millət vəkili qeyd edib ki, özəlliklə kəndlərdə, bölgələrdə sakinlərlə görüşlərdə maddi imkanları aşağı olan insanlar etdikləri müraciətlərində təbii qaz limitinin artırılması xahişini edirlər. Millət vəkili Q.Paşayeva əhalinin aztəminatlı, maddi imkanları aşağı olan hissəsinin təkliflərini nəzərə alaraq əhaliyə verilən təbii qaz limitinin artırılması məsələsinə yaxın zamanlarda baxılmasının çox vacib olduğunu deyib və müvafiq qurumları bu məsələni diqqətdə saxlamağa çağırıb. Q.Paşayeva həmkarı Fazil Mustafanın bununla bağlı təklifini dəstəklədiyini deyərək müvafiq qurumları bu məsələyə yaxın zamanlarda baxmağa çağırıb.

Millət vəkili Q.Paşayeva həmçinin həmkarı Azay Quliyevin qaldırdığı məsələni dəstəkləyərək deyib ki, işğalçı Ermənistanın BMT-də Azərbaycana qarşı təxribatının qarşısının alınması istiqamətində ciddi addımlar atılmalıdır. Belə ki, Ermənistan BMT-yə təqdim etdiyi illik hesabatında qondarma “dqr”-in hesabatını da əlavə edib. Bununla da BMT-nin insan haqları şurası öz nizamnaməsindən kənara çıxıb. Eyni zamanda BMT-nin bu təxribata imkan yaratması BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə də ziddir. Biz BMT-nin Ermənistanın bu təxribatına imkan verməsinə ciddi şəkildə etirazımızı bildirməli və bu təxribatın BMT-nin saytından çıxarılmasına nail olmalıyıq. Həmkarımın da qeyd etdiyi kimi, bu hesabat 6 dildə yayılır və Azərbaycana qarşı bu təxribat bizi ciddi narahat etməlidir. Müvafiq qurumlarımız bu məsələyə ciddi etirazını bildirməli və bu təxribati sənəd BMT-nin saytından çıxaırlmalıdır. Bu bizim üçün hədsiz vacib məsələdir. Biz BMT-nin Ermənistanın təxribatına şərait yaratmasını kəskin qınayır və etirazımızı bildiririk.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu