Azərbaycanlı güləşçilər erməniləri darmadağın edirlər




Sərbəst güləş üzrə Buxarestdə keçirilən Avropa çempionatında azərbaycanlı idmançı Ağahüseyn Mustafayev (70 kq) erməni rəqibi David Safaryanı darmadağın edib.

Qarşılaşma vaxtından əvvəl azərbaycanlı idmançının 10 xal üstünlüyə malik olması səbəbindən dayandırılıb. Mustafayev 12:2 hesabı ilə qalib gəlib.

* * *14:24

Azərbaycan sərbəst güləşçi Hacı Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.

65 kq çəki dərəcəsində çıxış edən 28 yaşlı dünya və Avropa çempionu 1/8 final mərhələsində Vazgen Tevanyanı məğlubiyyətə uğradıb.

Əliyev ilk hissədə rəqibini xalçadan çölə çıxararaq bir xal qazanıb. Daha sonra Ermənistan idmançısının qolundan zədə almasına görə görüş bir az yubanıb. Azərbaycan təmsilçisi üstünlüyünü ikinci hissədə də qoruyaraq, adını 1/4 finala yazdırıb. Məğlubiyyəti həzm edə bilməyən Tevanyan final fiti səsləndirildikdən sonra ayağa qalxmaq istəməyib. O, hakimə qarşı narazı jestlər də nümayiş etdirib.

1/4 finalda 28 yaşlı pəhləvanın rəqibi Naçın Kuular (Rusiya) olacaq.

Bu gün Azərbaycanın daha bir güləşçisi Ağahüseyn Mustafayev (70 kq) Ermənistan təmsilçisi ilə üz-üzə gələcək. O, 1/4 finalda dünya və Avropa çempionu David Safaryanla görüşəcək.

Qeyd edək ki, bu gün digər sərbəst güləşçilər Mahir Əmiraslanov (57 kq), Ağahüseyn Mustafayev (70 kq), Cəbrayıl Həsənov (79 kq) və Nurməhəmməd Hacıyev (97 kq) mübarizəyə qoşulub. Avropa çempionatına aprelin 14-də yekun vurulacaq. Yarışa Azərbaycanın, ümumilikdə, 28 idmançısı qatılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu