Ali Kan:"Şanlı bir zəfər idi!"- Aprel döyüşlərini Türkiyə mediasına çatdıran jurnalist




.... 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi.
Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.



Tam 3 il... Bu böyük zəfərdən 3 il keçib. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.

Bu 4 günlük müharibə bütün dünyaya səs saldı! İlk dəstək, ilk təbrik əlbəttə ki qardaş ölkədən gəldi: Türkiyə! Tarix boyu Azərbaycanla qardaşlıq mücadiləsi aparan ölkə...

Bu şad xəbəri Türkiyəyə operativ şəkildə sızdıran Azərbaycan sevdalısı, tanınmış jurnalist Ali Kan oldu. Onun 4 günlük Aprel döyüşləri, həmçinin Lələtəpəyə səfəri haqda dediklərini diqqətinizə çatdırıram:

"... Azərbaycan Ordusunun şanlı zəfəri ilə nəticələnən Aprel döyüşlərinin 3-cü ilini geridə qoyduq. O zaman CNN Türk5 N1 K Haber verilişinin müəllifi Cüneyt Özdemir ilə əlaqə qurub, bu zəfəri yayımlaması, Azərbaycan həqiqətlərini dünyaya yaymaq üçün Lələtəpədən özəl bir xəbər hazırladıq. İzləyəcəyiniz video o ankı qürur və sevincimin bir əsəri idi.
24 il sonra erməni canilərindən, erməni faşistlərindən alınan o torpaqlara ayaq basmaq mənə qismət olmuşdu. O torpaqlarda Xocalıda şəhid olmuş analarımızın, bacılarımızın səsləri sanki qulaqlarımda cingildəyirdi. İndi isə ruhları şad olmuşdu.
Şanlı bir zəfər idi! 24 il sonra ermənilərə böyük bir zərbə vurulmuşdu! Ermənistan tərəfi yüzlərlə itki vermişdi. 4 gün davam edən döyüşlərdə Azərbaycan tərəfi gücünü göstərmişdi. Ermənistanı qorxu bürümüşdü. Çünki Azərbaycan ayağa qalxmışdı. Bütün gənclər küçələrə axışmışdı. Hamısının gözündə bir cihad vardı. Vətən torpaqlarını geri alma sevinci vardı.
Hər şey unudulmuşdu o günlərdə - dərdlər, kədərlər, sıxıntılar... hamısı... Çünki işğal altındakı yerlər artıq geri alınırdı.

QEYD:
Döyüşlərdə ermənilərə aid 30 tank, 15 top, 320 erməni əsgəri məhv edilib, 500-dən çoxu isə yaralanıb.
5 aprel saat 12:00-dan etibarən Azərbaycan-Ermənistan güclərinin təmas xəttində tərəflərin razılaşması əsasında əməliyyata son verilib.
Döyüşlər nəticəsində Azərbaycan ordusu 2 min hektarlıq ərazisini erməni işğalından geri aldı.
Böyük ərazilər Azərbaycanın nəzarətinə keçdi.
Ümumiyyətlə, Aprel döyüşləri Azərbaycanın prezidenti, Baş komandir İlham Əliyevin orduya diqqətini, Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş istedadının, eyni zamanda işğal edilmiş torpaqlarının hər an azad etməyə gücü yetdiyini sübut etdi.
Aprel zəfəri Azərbaycan torpaqlarının erməni işğalından qurtarılmasının başlanğıcı oldu. Davamı gələcək! Rəbbim bizim qardaşlığımızı daim etsin".

P.S. Beləliklə, Aprel döyüşləri sübut etdi ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan Ermənistanı və havadarlarını Azərbaycan hərbi yolla cəzalandıra, işğalçı siyasətdən çəkindirə bilər. İşğal olunmuş torpaqlarını qanı bahasına da olsun geri qaytarma gücünə malikdir!
Bəli, Aprel döyüşləri tariximizin şanlı səhifəsidir. Bunu ölkə rəhbərimiz, Baş Komandan İlham Əliyev də öz çıxışında vurğuladı:
"Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir. Vaxtilə işğal edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Döyüşlər zamanı hərbçilərimiz peşəkarlıq, qəhrəmanlıq göstərmişlər. Bir daha göstərmişlər ki, Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır."

[media=https://www.youtube.com/watch?v=cF_NyGHFO6o]








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu