Yol polisi Dövlət Proqramının icrasına başladı- Məktəblilər maariflənir-FOTO+VİDEO




Uşaqlara yol hərəkəti qaydaları izah edilib



Bu gün Suraxanı rayonu 232 saylı orta məktəbdə yol hərəkəti təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirilib. Tədbir Bakı Şəhər Baş Polis İdarəsinin, eləcə də Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə çıxış edən Bakı Şəhər DYP-nin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, orta məktəblərdə tədbirlərin keçirilməsi mütəmadi hal alıb. Ötən ilin dekabr ayında Prezident İlham Əliyevin təsdiqlədiyi "Yol Hərəkəti Təhlükəsizliyinə dair" dövlət proqramından irəli gələn məsələlərdən biri də məhz orta məktəblərdə təbliğat işinin aparılmasıdır. DYP də bu proqrama uyğun olaraq müəyyən tədbirlərə start verib.



Vaqif Əsədov qeyd edib ki, uşaqların orta məktəblərdə yol hərəkəti qaydalarını öyrənməyə həvəsinin artması sevindirici haldır. Artıq bir sıra məktəblərdə uşaqların hazırlıq səviyyəsi ürəkaçandır.
Məktəbin direktoru Məhluqə Əzizova bildirib ki, rəhbərlik etdiyi məktəbdə yol hərəkəti qaydalarına böyük diqqət yetirilir. Müəllimlər dərs arasında uşaqlar arasında təbliğat işləri aparır. Məktəbdə yol hərəkəti qaydalarını bilən uşaqların sayı çoxdur.

Tədbirdə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis mayoru Kəmalə Ələkbərova, Suraxanı rayon 31-ci polis bölməsinin rəisi, polis polkovnik-leytenantı İman Mehtiyev və Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları da iştirak edib. Tədbirdə uşaqları maraqlandıran sualları cavablandırılıb, sosial çarxlar nümayiş olunub, fəal uşaqlara yol hərəkəti qaydaları barədə kitablar və hədiyyələr verilib. (Avtosfer.az)

[media=https://www.youtube.com/watch?v=mE_wKNFX1ac]




















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu