“Əmanətlərin tam sığortalanması haqqında" qanunun qüvvədə olma müddəti artırıla bilər”
"Azərbaycanda "Əmanətlərin tam sığortalanması haqqında" qanunun qüvvədə olma müddəti artırıla bilər".
Bunu Azərbaycan Mərkəzi Bankının sədri bu gün keçirdiyi mətbuat konfransında deyib.
Xatırladaq ki, sözügedən qanun bank əmanətlərinin 3 il müddətində tam sığortalanmasını nəzərdə tuturdu ki, həmin müddət də bu ayın sonunda başa çatır.