Əmanətlərin tam sığortalanması müddəti daha 1 il artırılıb
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmanətlərin tam sığortalanması haqqında” qanuna təklif olunan dəyişiklik qəbul edilib.
“Report” xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti daha 1 il - gələn il martın 4-nə qədər artırılıb.