Yanvarın 10-da xarici valyutaların manata qarşı məzənnələri
Azərbaycan Mərkəzi Bankı 10 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, yanvarın 10-na olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1,9647 manat təşkil edir.
1 türk lirəsi 0,3102 manat, 1 rus rublu 0,0255 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6373 manatdır.