Tramp: İran ehtiyacımız olan hər şeyi qəbul edib
ABŞ Prezidenti Donald Tramp İran tərəfi ilə aparılan danışıqlara münasibət bildirib.
AFN.az xəbər verir ki, Tramp danışıqların davam etdiyinə işarə edərək, müzakirələr apardıqlarını və İraqın ehtiyac duyduqları şeylərin demək olar ki, hamısını qəbul etdiyini düşündüyünü söyləyib.
İranda rejim dəyişikliyi hədəfləmədiklərinə dair iddiasını yenidən vurğulayan ABŞ Prezidenti çox sadə bir məqsədinin olduğunu və onların nüvə silahı əldə edə bilməyəcəklərini ifadə edib.
Tramp İranın əlində bəzi raketlərin qaldığını, lakin bunları yox edə biləcəklərini müdafiə edərək, keçən həftə onlara qarşı üç dəfə çox sərt zərbə endirdiyini qeyd edib.
