DÇ-2026: Braziliya Yaponiyanı udub 1/8 finala çıxdı
Futbol üzrə dünya çempionatında Braziliya Yaponiyanı məğlub edib.
AFN.az xəbər verir ki, Hyuston stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.
Görüşdə hesabı yaponlar açıblar. 29-cu dəqiqədə Kaysyu Sano fərqlənib. Lakin ikinci hissədə toparlanan "sambaçılar" Kazemiro (56) və Qabriel Martinellinin (90+5) qolları ilə qələbəni təmin ediblər.
Bu qələbənin ardından 1/8 finala yüksələn Braziliyanın növbəti rəqibi Fildişi Sahili - Norveç cütünün qalibi olacaq.


