Yaponiyada 6,9 gücündə zəlzələ baş verib
Yaponiyanın şimal-şərqindəki İvate prefekturası sahillərində 6,9 gücündə zəlzələ baş verdiyi bildirilib.
AFN.az xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatlarına görə, İvate prefekturasının Kuji şəhəri sahillərində qeydə alınan 6,9 gücündəki zəlzələ yerin 51,7 kilometr dərinliyində baş verib.
Zəlzələdən sonra can və ya mal itkisi barədə hər hansı bir məlumat verilməyib.

