PAOK-da Razvan Luçesku dövrü başa çatdı



Yunanıstan Super Liqası təmsilçilərindən PAOK rumıniyalı baş məşqçi Razvan Luçesku ilə yollarını ayırıb. AFN.az xəbər verir ki, klub tərəfindən edilən rəsmi açıqlamada 57 yaşlı mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edilib.

Açıqlamada bu ifadələrə yer verilib:

"Razvan hər zaman PAOK tarixinin mühüm bir hissəsi olaraq qalacaq".

Tanınmış baş məşqçi Mirça Luçeskunun oğlu olan Razvan Luçesku məşqçilik karyerası ərzində Rumıniya Milli Komandası ilə yanaşı, "Braşov", "Rapid Buxarest", "Əl-Caiş", "Petrolul Ploieşti" və "Ksanti" kimi klubları da çalışdırıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu