Texasda şəxsi təyyarə magistral yola düşüb


ABŞ-ın Texas ştatının Laredo şəhərində şəxsi təyyarənin avtomobil magistralına düşməsi nəticəsində 1 nəfər həlak olub, 5 nəfər isə sağ qalıb.

AFN.az xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.

Laredo polisinin rəsmisi Co Baesa keçirdiyi mətbuat konfransında bildirib: "Təyyarənin göyərtəsində 6 nəfər olub. Təəssüf ki, qəza nəticəsində 1 nəfərin öldüyünü bildirməliyik". O, həlak olan şəxsin kimliyi barədə məlumat verməyib. Baesanın sözlərinə görə, hadisə nəticəsində azı daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Bundan əlavə, qəza yerində yaranan qatı tüstü səbəbindən bir neçə polis əməkdaşı da tibbi yardıma ehtiyac duyub.

Hadisə yerli vaxtla çərşənbə axşamı saat 22:00 radələrində baş verib. Qəza zamanı təyyarənin parçalanan hissələrindən biri magistral yolda hərəkətdə olan avtomobillərdən birinə dəyərək ona ziyan vurub. Maşındakı insanların vəziyyəti, həmçinin təyyarənin modeli və qəzanın dəqiq səbəbləri hələlik açıqlanmır. Magistral yolun hər iki istiqamətində hərəkət tamamilə məhdudlaşdırılıb, ərazidə xidməti qüvvələr işləyir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu