ABŞ-da kiçik təyyarənin çaya düşməsi nəticəsində 3 nəfər ölüb

ABŞ-ın Nebraska ştatında kiçik təyyarənin çaya düşməsi nəticəsində göyərtəsində olan 3 nəfər ölüb.
Yerli polis bildirib ki, kiçik təyyarə ştatın şərqində Platte çayı boyunca hərəkət edib və dünən yerli vaxtla saat 20:15-də Fremont şəhərinin cənubunda suya düşüb.
Qəzadan sonra təyyarədə olan 3 nəfərin cəsədinin tapıldığı təsdiqlənsə də, ölənlərin kimliyi açıqlanmayıb.
Bildirilib ki, qəzanın təhqiqatına Federal Aviasiya Administrasiyası (FAA) nəzarət edəcək.