Karni: ABŞ-İran memorandumunun mətni artıq bəzi dünya liderlərinə məlumdur


ABŞ və İran arasında hələlik rəsmən dərc olunmayan qarşılıqlı anlaşma memorandumunun məzmunu artıq bir sıra dünya liderlərinə, o cümlədən Kanadanın Baş naziri Mark Karniyə məlumdur.

AFN.az xəbər verir ki, Kanadanın hökumət başçısı memorandumla tanış olduğunu və "Böyük Yeddilik" (G7) sammitinin digər iştirakçıları kimi bu sənədi tam dəstəklədiyini təsdiqləyib.

"Biz əldə olunmuş razılaşmadan çox məmnunuq. Bu saziş İranın nüvə silahına sahib olmamasının, region iqtisadiyyatlarının mərhələli şəkildə yenidən inteqrasiyasının və bu gün müzakirə etdiyimiz Livan probleminin həllinin əsasını qoyur. Ona görə də bu, müsbət addımdır", – deyə Karni CNN telekanalına müsahibəsində bildirib.

Kanadanın Baş nazirinin şərhləri danışıqlarda birbaşa iştirak etməyən şəxs tərəfindən sazişə verilən ilk qiymətləndirmələrdən biridir. Karninin sözlərinə görə, sənəd 60 günlük atəşkəs dövrünü və bu müddət ərzində şərtlərin yerinə yetirilməsi mexanizmlərini nəzərdə tutur. Hazırda ABŞ-da sənədin mətninin gizli saxlanılması bəzi amerikalı siyasətçilərin tənqidinə və müxtəlif fərziyyələrə səbəb olub.

Xatırladaq ki, iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılan sazişə əsasən, iyunun 15-dən etibarən ABŞ-ın İrana qarşı dəniz blokadası başa çatıb və Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması elan edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu