İngiltərə millisinin oğurlanan formaları tapıldı
İngiltərə yığması 2026-cı il dünya çempionatı zamanı Kanzas-Sitidə oğurlanmış məşq formasını geri qaytarmağa nail olub.
AFN.az xəbər verir ki, hadisənin təfərrüatları barədə "The Athletic" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, itkin düşmüş əşyalar, əsasən də idman ayaqqabıları dünya çempionatının Xorvatiya millisinə qarşı keçiriləcək start oyunundan beş gün əvvəl tapılaraq komandaya təhvil verilib.
Daha əvvəl Kanzas-Sitidəki məşqdən öncə İngiltərə futbol yığmasının butsularının və toplarının oğurlandığı barədə xəbərlər yayılmışdı.
Oğurluq hadisəsi formaların furqonla daşınması zamanı baş verib.
Qeyd edək ki, İngiltərə millisi dünya çempionatında L qrupunda mübarizə aparacaq və onun rəqibləri Xorvatiya, Panama və Qana komandaları olacaq.




