Üç penalti dəf etdi, tarixə düşdü

Dünya çempionatında Xorvatiya millisinin 1/4 finala yüksəlməsində qapıçı Dominik Livakoviç böyük paya sahib olub.
AFN.az xəbər verir ki, penalti seriyasında 3 seyvlə yadda qalan D.Livakoviç dünya çempionatlarının tarixinə düşüb.
Belə ki, o, portuqaliyalı Rikardo və həmyerlisi Daniel Subaşiçin rekordunu təkrarlayıb. Rikardo 2006-cı ildə təşkil olunan dünya çempionatında İngiltərə seçməsi ilə oyunda 3 seyv edib. D.Subaşiç isə 2018-ci il mundialında bu uğura nail olub.