ABŞ məhkəməsi Trampın 1,8 milyardlıq kompensasiya fondunu dondurub


ABŞ Federal Məhkəməsi Donald Tramp administrasiyasının "dövlət orqanlarının sui-istifadəsinə məruz qalan" şəxslərə ödənişlər etmək məqsədilə yaratmaq istədiyi 1,8 milyard dollarlıq fondun fəaliyyətinə qoyulan qadağanın müddətini uzadıb.

AFN.az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, federal hakim Leoni Brinkema hökumətin "iş artıq aktuallığını itirib" arqumentini rədd edərək, fondun bloklanmasının qüvvədə qalması barədə qərar çıxarıb.

Qeyd edək ki, ABŞ Daxili Gəlirlər Xidmətindən (IRS) Trampın vergi bəyannamələrinin sızması ilə bağlı məhkəmə iddiasını tənzimləmək üçün yaradılan bu fond hər iki partiya tərəfindən kəskin tənqid olunub. Baş prokurorun vəzifəsini icra edən Todd Blanş konqresə fondun yaradılması planından imtina edildiyini bildirsə də, iddiaçılar bu bəyanatı kifayət hesab etməyiav. Şikayətçilər fondun dövlət vəsaitləri hesabına Trampın siyasi müttəfiqlərinə kompensasiya ödənilməsi üçün alətə çevrilə biləcəyini iddia edirlər. Fond hələlik tam fəaliyyətə başlamayıb və heç bir müraciət qəbul edilməyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu