Texasda kütləvi atışma: Ölənlər və çoxlu sayda yaralı var


ABŞ-ın Texas ştatının Midlend şəhərində bir nəfərin ölümü və azı 9 nəfərin yaralanması ilə nəticələnən atışmadan sonra polisin bir neçə saatlıq xüsusi əməliyyatı başa çatıb.

AFN.az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, hadisəni törədən şəxs tərk edilmiş baytarlıq klinikasının binasında hüquq-mühafizə orqanları ilə qarşıdurmadan sonra zərərsizləşdirilib. Şahidlərin sözlərinə görə, ərazidə 40-dan çox atəş səsi eşidilib və əməliyyat zamanı polis zirehli texnika və robotlardan istifadə edib.

"Midland Memorial" xəstəxanasından verilən məlumata görə, yaralılardan 4-ü dərhal əməliyyata götürülüb, digər 5 nəfərin vəziyyəti isə sabitdir. Faktla bağlı araşdırma aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu