Braziliyada narkotik əməliyyatı: 64 nəfər ölüb


Braziliyada 2 min 500 polisin iştirak etdiyi narkotik əməliyyatı zamanı atışma baş verib. Əməliyyatda 60 nəfərin öldüyü, ilkin məlumata görə 4 polisin də həyatını itirdiyi bildirilib.

Rio-de-Janeyroda “Comando Vermelho” adlı dəstəyə qarşı əyalət tarixində ən genişmiqyaslı əməliyyat başladılıb.

2 min 500 polis və 32 zirehli texnikanın cəlb olunduğu əməliyyat zamanı silahlı toqquşma baş verib.

Rəsmilər 4 polisin həlak olduğunu açıqlayıb. Əməliyyat zamanı azı 60 nəfər öldürülüb, 80-dən çox şəxsin isə saxlanıldığı bildirilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu