İranın üç hava limanında bütün uçuşlar ləğv edilib
İsrailin İrana hücumlarından sonra Mehrabad, Məşhəd və Kirmanşah hava limanlarındakı bütün uçuşların növbəti bildirişə qədər ləğv edildiyi bildirilib.
AFN.az xəbər verir ki, İran mediasının məlumatına görə, İran ilə İsrail arasında qarşılıqlı hücumlar davam edərkən, paytaxt Tehranda yerləşən Mehrabad Hava Limanındakı bütün uçuşlar yeni bir elana qədər dayandırılıb.
Rəsmilər sərnişinlərdən uçuş statusları ilə bağlı ən son məlumatları öyrənmək üçün hava limanına getməzdən əvvəl aidiyyəti qurumlarla əlaqə saxlamalarını istəyiblər.
Məşhəd və Kirmanşah hava limanlarında da uçuş əməliyyatlarının dayandırıldığı qeyd edilib.


