ABŞ İrandan uzaqlaşması üçün Omana təzyiq edir - media


ABŞ hakimiyyəti Omandan "tərəf seçməyi" və İranla diplomatik əlaqələri kəsməyi tələb edir.

AFN.az "The Wall Street Journal" qəzetinə istinadən xəbər verir ki, rəsmi Vaşinqton Maskatın İslam Respublikası ilə münasibətlərini özünə qarşı düşmənçilik kimi qəbul etməyə başlayıb. Məlumata görə, ABŞ Prezidenti Donald Tramp administrasiyası kəşfiyyatın Omanın İranla birlikdə Hörmüz boğazından keçid üçün rüsum (haqq) yığmağı planlaşdırdığı barədə qənaətindən sonra Maskatı sanksiyalar və hətta hərbi zərbələrlə hədələyib. Oman tərəfi isə bu iddiaları qətiyyətlə təkzib edir.

Qəzet yazır ki, Oman rəsmiləri Vaşinqtonun bu qəfil aqressiv ritorikasından şoka düşüblər və hazırda ABŞ-ın bu addımına qarşı cavab tədbirləri üzərində işləyirlər.

Nəşr qeyd edir ki, kəskin bəyanatlara baxmayaraq, Tramp administrasiyası İrana verdiyi dəstəyə görə hələlik Omana qarşı birbaxa hərbi hücum planlaşdırmır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu