"Selçuksport"un rəhbəri saxlanıldı
Türkiyə Super Liqası oyunlarını qanunsuz yayımladığı və istifadəçiləri qanunsuz mərc saytlarına yönləndirdiyi iddia edilən "Selçuksport" adlı internet saytının rəhbəri olduğu müəyyən edilən şübhəli şəxs Dənizli şəhərində yaxalanaraq İstanbula göndərilib.
AFN.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu, Kibercinayətkarlıqla Mübarizə İdarəsi və MİT (Milli Kəşfiyyat Təşkilatı) regional idarəsinin koordinasiyalı fəaliyyəti nəticəsində Türkiyə Super Liqası qarşılaşmalarını pirat şəkildə yayımlayan internet saytına qarşı əməliyyat keçirilib.
Aparılan araşdırmalar zamanı istifadəçilərin ödəniş və abunəlik müqabilində izləyə bildiyi Super Liqa oyunlarını icazəsiz yayımlayan "Selçuksport" adlı sayta daxil olan şəxslərin eyni zamanda qanunsuz mərc platformalarına yönləndirildiyi müəyyən edilib.
Araşdırmaların nəticəsində saytın inzibatçısının Səlcuq Y. olduğu aşkarlanıb.
Şübhəli şəxs Dənizlinin Pamukkale rayonunda təşkil edilən əməliyyatla saxlanılıb.
Onun İstanbula aparılmasından sonra barəsindəki məhkəmə işinin İstanbul Respublika Baş Prokurorluğu tərəfindən davam etdiriləcəyi bildirilib.

