İkinci Dünya Müharibəsindən qalan sursat partladı: Çoxlu sayda ölü və yaralı var



İndoneziyanın Papua bölgəsindəki balıqçı kəndində İkinci Dünya Müharibəsindən qaldığı təxmin edilən sursatın partlaması nəticəsində 5 nəfər həyatını itirib, 19 nəfər yaralanıb.

AFN.az xəbər verir ki, hadisə ilə bağlı açıqlama verən Papua polisinin sözçüsü Cahyo Sukarnito partlayışın mənbəyinin böyük ehtimalla İkinci Dünya Müharibəsi dövründən qalma bomba və ya minaatan mərmisi olduğunu bildirib.

Üç nəfərin hələ də itkin düşdüyünü qeyd edən sözçü bəzi insan bədəni hissələrinin tapıldığını və onların şəxsiyyətinin hələlik müəyyən edilmədiyini vurğulayıb.

Sukarnito zərərçəkənlərin axtarışı və istintaqın tamamlanmasından sonra daha ətraflı məlumat paylaşılacağını diqqətə çatdırıb.

Xatırladaq ki, ötən il İndoneziyanın Qərbi Yava əyalətində ordu tərəfindən məhv edilmək üçün ayrılan sursatların bir çuxurda partladılaraq zərərsizləşdirilməsi cəhdi zamanı da partlayış baş vermiş, nəticədə 9-u mülki şəxs olmaqla, ümumilikdə 13 nəfər həyatını itirmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu