SpaceX ən güclü “Starship” kosmik gəmisini yeni sınaq uçuşuna buraxıb
“SpaceX” şirkəti NASA-nın Ay missiyaları üçün böyük ümid bəslədiyi “Starship” kosmik gəmisinin modernləşdirilmiş yeni versiyasını ilk sınaq uçuşuna çıxarıb.
AFN.az “ABC News” telekanalına istinadən xəbər verir ki, yenilənmiş raket Texas ştatının cənubundan start götürərək 20 ədəd “Starlink” peykinin maketini fəzaya daşıyıb.
Bu uçuş İlon Maskın gələcəkdə insanları Marsa çatdırmaq məqsədilə hazırladığı “Starship” proqramı çərçivəsində sayca 12-ci sınaq hesab olunur. Layihənin əsas hədəfi NASA-nın “Artemis” Ay proqramını dəstəkləməkdir.
“V3” adlanan üçüncü nəsil “Starship” kosmik gəmisinin hündürlüyü 124 metrdir və əvvəlki modellərlə müqayisədə daha güclü mühərrik sistemi və təkmilləşdirilmiş stabilizatorlarla təchiz olunub.
Layihə çərçivəsində “SpaceX” və Ceff Bezosun “Blue Origin” şirkətləri NASA ilə əməkdaşlıq edərək gələcək Ay missiyalarının həyata keçirilməsi üzərində işlərini davam etdirirlər.
